Xəbər lenti

Azad edilmiş ərazilərdə birgəyaşayışla bağlı komissiya yaradılacaq
Ölkə 10:06 23.01.2025

Azad edilmiş ərazilərdə birgəyaşayışla bağlı komissiya yaradılacaq

Azad edilmiş ərazilərdə "Böyük Qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq.

"Report" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib.

İş planı komitənin bu gün keçirilən iclasında müzakirə olunub və qeyd edilib ki, komissiyada beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı nəzərdə tutulur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->