Xəbər lenti

Azad edilmiş ərazilərində İranla birgə keçirilən hərbi təlim davam edir (FOTO)
Ölkə20:49 20.05.2025

Azad edilmiş ərazilərində İranla birgə keçirilən hərbi təlim davam edir (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İran İslam Respublikasından cəlb olunan heyətin iştirakı ilə keçirilən "Araz-2025” birgə təlimi davam edir.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, ssenariyə uyğun olaraq, iştirakçılar təlimin mərhələləri üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirirlər.
Hər iki ölkənin hərbi qulluqçuları icra olunan fəaliyyətlər zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.
Azərbaycan-İran əlaqələrinin və əməkdaşlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan "Araz-2025” birgə təlimi mayın 21-də başa çatacaq