Xəbər lenti

Azad Rəhimov Bakıya gətirilib? - Nazirlik cavab verdi
Ölkə04:56 30.04.2021

Azad Rəhimov Bakıya gətirilib? - Nazirlik cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənclər və İdman Nazirliyi nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı bəzi saytlarda yayılan xəbərlərə aydınlıq gətirib.
Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova "Facebook” səhifəsində məlumat psylsşıb.
"Hörmətli media nümayəndələri, bəzi saytlarda nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı yazılan xəbər yanlışdır. Azad müəllimin vəziyyəti ağır olaraq qalır. ABŞ-dadır”, - S.Məmmədova belə yazıb.