Xəbər lenti

Azad Rəhimov Ledi Gagaya verilən pullardan danışdı
İdman08:45 17.06.2015

Azad Rəhimov Ledi Gagaya verilən pullardan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gənclər və idman naziri Azad Rəhimov dünya şöhrətli müğənni Ledi Gaganın I Avropa Oyunlarının açılış mərasindəki ifasına görə 2 milyon dollar qonorar alması haqda yayılan xəbərlərə münasibət bildirib. Nazir azvision.az-a verdiyi açıqlamada bildirib ki, müğənniyə ödənilən məbləğ kommersiya sirridir: 
"Ledi Gaga ilə müqavilə imzalanmışdı. Razılaşmaya görə, aldığı qonorar kommersiya sirri kimi gizli saxlanılmalıdır. Onu nə biz açıqlaya bilərik, nə də Ledi Gaga”. 
Nazir yalnız onu bildirib ki, deyildiyi kimi Ledi Gagaya 2 milyon dollar qonorar verilməyib: “Qonararın məbləği o qədər olmayıb”.
Qeyd edək ki, “Eurosport” saytı Ledi Qaqanın Bakıdakı çıxışı üçün 2 milyon dollar pul aldığını iddia edib. 
Xatırladaq ki, Ledi Gaga iyunun 12-də Avropa Oyunlarının Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasimində çıxış edib. O, xüsusi olaraq hazırlanan və güllərlə bəzədilən piano arxasında idmançılar üçün “İmagine” (Xəyal Et) mahnısını səsləndirib. İfanın sözləri Con Lennona məxsusdur. 
Qaynar.info