Xəbər lenti

Azadlıq meydanında bina tikiləcək
İdman13:39 11.07.2015

Azadlıq meydanında bina tikiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Formula-1” yarışı paytaxtda keçiriləcək, bunun üçün şərait yaradılmalıdır. Gələn ilin mart-aprel ayında bəzi küçələrdə asfalt örtüyünün dəyişdirilməsi planlaşdırılır. Bütün kanalizasiya qapaqları da bərkidilməlidir. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. 
Nazir bildirib ki, bu yaxınlarda Azadlıq meydanında əsas “pitstop” və ikimərtəbəli bina tikiləcək: “Komandalar, maşınlar gəlməlidir. Bu istiqamətdə də işlər aparılır. Düşünürəm ki, işlərin gedişində hər hansı gecikmə yoxdur”.
A.Rəhimov qeyd edib ki, Formula-1 yarışının keçirilməsi ilə bağlı hazırda bütün texniki məsələlər həyata keçirilir//APA
Qaynar.info