
Məlumata görə, İmişlinin Otuziki kəndində cammatla bələdiyyə arasında mübahisə yaranıb.
Belə ki, kənd camaatı onlara verilməli olan torpağ sahəsinin, bəldiyyə və İcra hakimiyyəti tərəfindən kənar şəxslərə satıldığna etiraz edirlər. Məsələ ilə bağlı məhkəməyə müraciət də olunub.
Bu gün isə torpaq sahəsini almış şəxslər öz mal-qaralarını həmin əraziyə gətiriblər. Yerli camaatla onlar arasında yaranmış mübahisəni lentə almaq istəyən “Azadlıq” radiosunun zona müxbiri Azər Əli və AXCP fəalı Vüqar Qədirov polis tərəfindən saxlanılıb.
Əldə etdiyimiz məlumata görə, hər iki şəxsi həbs etmək istəyirlər.(azadliq.info)
Məsələ ilə bağlı İmişli rayon Polis Şöbəsinin rəis müavini Sahib Səmədovla əlaqə saxladıq. Rəis müavini hər iki şəxsin saxlanılması ilə bağlı onda heç bir məlumatın olmadığını və məsələni araşdırıb məlumat verəcəyini dedi.
Qaynar.info