Xəbər lenti

AZAL 1,8 mln. manatlıq üç helikopterini hərraca çıxaracaq
Ekonomiks09:30 27.07.2022

AZAL 1,8 mln. manatlıq üç helikopterini hərraca çıxaracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olan üç Airbus helikopteri sentyabrın 1-i tarixində hərraca çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, hərracda çıxarılacaq helikopterlərin ikisi 2005-ci il istehsalı olan EC-155B1 markalı, biri isə 2009-cu il istehsalı olan EC-135P2 markalı helikopterlərdir.
Hər üç helikopterin start qiyməti 1,8 mln. manat təşkil edir.
Hərracda iştirak etmək üçün sifariş verən (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəyən) şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.