Xəbər lenti

AZAL aviabiletlərin qiymətini aşağı saldı
Ölkə12:09 22.11.2013

AZAL aviabiletlərin qiymətini aşağı saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycan Hava Yolları” Bakı-Simferopol-Bakı və Bakı-Lvov-Bakı istiqamətindəki aviabiletlərin qiymətini aşağı salıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin verdiyi məlumata görə, Bakı-Lvov-Bakı aviareysinin qiyməti yığım və rüsumlar da daxil olmaqla сəmi 346 avro , Bakı-Simferopol -Bakı aviareysinin qiyməti isə yığım və rüsumlar da daxil olmaqla 352 Avro olub.

M.Səfərli 2012-ci il iyun ayından “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Lvov üzrə birbaşa uçuşlara başladığını da söyləyib. Hər iki istiqamətə bir aviabiletin minimal qiyməti 418 manat təşkil edib.

AZAL rəsmisi yaxın vaxtlarda başqa aviareyslərdə qiymətlərin aşağı salınmayacağını sözlərinə əlavə edib.(anspress)