Xəbər lenti

AZAL Bakı-Naxçıvan reysləri üzrə sərnişinlərinə müraciət etdi
Ekonomiks12:25 19.12.2024

AZAL Bakı-Naxçıvan reysləri üzrə sərnişinlərinə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində ənənəvi olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərə tələbat artır.
Bu barədə Qaynarinfo-ya "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Bununla əlaqədar olaraq, Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu müddət ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir.
Mülki aviasiyada pik dövrlər hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Sərnişinlərə rahatlığı təmin etmək və ən uyğun uçuş vaxtını seçmək üçün aviabiletləri öncədən almaq məsləhət görülür.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri onlayn qaydada aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiq vasitəsilə və ya AZAL-ın kassalarından əldə etmək mümkündür