
Azərbaycan Hava Yolları sabah Berlinə olan aviareysi təxirə salıb.
"Qaynar" xəbər verir ki, "Berlin-Tegel" (TXL) Beynəlxalq hava limanının işçilərinin tətil keçirməsi ilə əlaqədar J2-063 / J2-064 nömrəli reyslər 14.03.2017-ci il tarixindən 15.03.2017-ci il tarixinədək təxirə salınır.
Azərbaycan Hava Yollarının Bakı-Berlin-Bakı marşrutu üzrə səyahət edən sərnişinlərdən narahatlığa görə üzr istəyib.
Qaynar.Az