Xəbər lenti

Nyu Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşı gətirildi (FOTO)
Ekonomiks07:29 11.06.2020

Nyu Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşı gətirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AZAL aviaşirkəti tərəfindən iyunun 11-də Nyu Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşının gətirildiyi çarter reysi yerinə yetirilmişdir.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdirilmişdirlər.
Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.