Xəbər lenti

AZAL-da qanunsuzluq: 3 nəfər işdən çıxarıldı
Ekonomiks09:36 27.05.2019

AZAL-da qanunsuzluq: 3 nəfər işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Hər 3 əməkdaş dərhal işdən azad olunub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı məlumatı AZAL yayıb.
Bildirilir ki, qurum bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyir.
Xatırladaq ki, AZAL-ın sabiq əməkdaşları transgenderlərin məlumatlarını yaymışdı. Nazilə Muradova adlı şəxs özünü AZAL-ın əməkdaşı kimi təqdim edərək facebook hesabında transgender şəxsə məxsus pasportun şəklini paylaşmışdı.