Xəbər lenti

AZAL-dan müğənniyə kinayə: "Kəndə uçacaq"
Ölkə19:13 12.07.2014

AZAL-dan müğənniyə kinayə: "Kəndə uçacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Elçin Hüseynov şəxsi təyyarəsi olduğunu açıqlayıb. Yetərincə iddialı və fantastik görünən bu xəbərə AZAL-dan kinayəli cavab gəlib.

Qaynar.info modern.az-a istinadən xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli müğənninin açıqlamasına ironiya ilə yanaşıb:“Elçin Hüseynov deyir şəxsi təyyarəsi var? Varıdır, otursun təyyarəsinə kef eləsin.Ümumiyyətlə, bu barədə məlumatsızam. Şəxsi təyyarəsi olan insanlar barədə ilk dəfə sizdən eşidirəm. Yəqin işgüzar adam olduğu üçün Elçin Hüseynov da hər gün şəxsi təyyarəsi ilə Cəlilabaddakı kəndinə uçacaq”.

Qaynar.info