Xəbər lenti

AZAL-dan sərnişinlərə dələduzluq XƏBƏRDARLIĞI
Ölkə05:41 14.04.2016

AZAL-dan sərnişinlərə dələduzluq XƏBƏRDARLIĞI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Turizm sahəsində artan dələduzluq halları ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) xarici ölkələrə səyahət edən şəxsləri yalnız etibarlı turizm agentliklərinə müraciət etməyə çağırır.

AZAL-ın mətbuat xidmətindən  verilən məlumata görə, aviabiletlərlə bağlı problemlərlə üzləşməmək üçün AZAL Azərbaycan ərazisində aviaşirkətin biletlərinin satışı üzrə rəsmi müqaviləsi olan agentliklərin xidmətlərindən istifadə etməyə çağırır.

Aşağıdakı linkdə həmin agentliklərin siyahısı ilə tanış olmaq olar:

www.azal.az/az/article/31082015

Əlavə məlumat üçün:

Telefon: (012) 598 88 80 / *8880

Qaynar.info