Xəbər lenti

AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır
Ekonomiks15:24 24.04.2025

AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) yay uçuş cədvəli çərçivəsində aprelin 28-dən Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.
Qaynarinfo AZAL-a istinadən xəbər verir ki, bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə həyata keçiriləcək. Monteneqronun Tivat şəhərinə — bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri uçuşlar həyata keçiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.