Xəbər lenti

AZAL iyunun 1-dək bilet satışını tam dayandırıb
Ölkə05:25 14.04.2020

AZAL iyunun 1-dək bilet satışını tam dayandırıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlərlə əlaqədar milli aviadaşıyıcı - AZAL şirkəti iyunun 1-nə qədərki dövr üçün reyslərinə satışları dayandırıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı aeroportunun direktor müavini Kənan Hacıyev AzTV-yə müsahibəsində bildirib. 
Azərbaycan vətəndaşlarının xaricdən təxliyyəsi üzrə çarter reyslərinə gəlincə, onların aprelin 20-dən sonra bərpa ediləcəyi gözlənilir. 
Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq qeyd edilən tarixlərə düzəliş edilə bilər.