Ekonomiks 08:45 07.06.2022

AZAL Naxçıvan reysindən əlavə nə qədər pul qazanacaq? (MƏBLƏĞ)

"İki gün öncə yolum aerokassaya düşmüşdü. Bakı-Naxçıvan reysləri haqqında məlumat yazılan ekrana baxanda elə bildim səhv görürəm. Sonra iki dəfə saydım, gördüm ki, yox, yanlışlıq yoxduR. Bir gün ərzində Naxçıvana nə az-nə çox, düz 23 reys var idi. Bu yolu gedib- gələnlər yaxşı bilir, bu rəqəm nə deməkdiR. Biz ən kritik zamanlarda 10, uzağı 12 reys görmüşük".

Qaynarinfo xəbər verir ki, bunu "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Çingiz Özgür deyib. 

"23 reys, hər reysdə ən az 100 adamnan 2300 adam. Gediş-dönüşü nəzərə alsaq 4600 sərnişin. Hər sərnişin başına 10 manatdan artım, 46 000 (qırx altı min manat). Sadəcə bir sutkaya 46 000 manat. Vurun bunu bir aya. 30x46000= 1380000 ( bir milyon üç yüz səksən min manat). Bu günkü qiymət artımı bir aya bu qədər fərq deməkdir", deyə Çingiz Özgür əlavə edib.