Xəbər lenti

AZAL qiymətləri kəskin azaltdı: Bakı-İstanbul - 90 manat - YENİLƏNİB
Ekonomiks10:44 15.07.2015

AZAL qiymətləri kəskin azaltdı: Bakı-İstanbul - 90 manat - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AZAL qiymətləri azaldıb.
Turizm şirkətlərindən AzNews.az-a daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb.
Belə ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbu reysinin 90 manat olması ilə bağlı göstəriş yer alıb. 
Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələki dəqiq deyil.
*** 15-44
"Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün mətbuatda yayılmış Bakı-İstanbul aviareysinin qiymətinin 90 manata endirilməsi ilə bağlı xəbərə münasibət bildirib. 
Fins.az-a açıqlama verən AZAL-ın vitse-prezident Sabir İlyasov bildirib ki, bu məsələdə hələ ki, konkret yenilik yoxdur:
"Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur”
Qaynar.info