Xəbər lenti

AZAL: Rumıniyadakı Azərbaycan vətəndaşları üçün çarter reysi təşkil olunacaq
Ekonomiks13:36 27.02.2022

AZAL: Rumıniyadakı Azərbaycan vətəndaşları üçün çarter reysi təşkil olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysin təşkil edilməsi nəzərdə tutulub.
"Azərbaycan Hava Yolları" QSC-dən Qaynarinfo-ya verilən məlumata görə, həyata keçiriləcək çarter reysi ilə Rumıniyadan 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.
Eyni zamanda, Türkiyənin "Tailwind" aviaşirkəti ilə daha 168 vətəndaş Bakı şəhərinə çatdırılacaq.