Xəbər lenti

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir
Ekonomiks10:03 23.06.2025

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək.
"Report" AZAL-a istinadən xəbər verir ki, ilk aviareys avqustun 2-də həyata keçiriləcək.
Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.