"Mançester Yunayted"in azarkeşlərindən biri maraqlı addım atıb.
Qaynarinfo "NTV Spor"a istinadən xəbər verir ki, fanat maraqlı bir səbəbə görə hüquqi yollara baş vuracaq. İngiltərə Premyer Liqasının ötən turunda "Liverpul"a məğlub olan "Mançester Yunayted" evində bu rəqibə qarşı ən ağır yenilgisini aldı. Məğlubiyyət isə təbii ki, ən çox klubun azarkeşlərinə təsir edib.
Andryu Trayan adlı həmin azarkeş əsəb və stress səbəbindən saçları töküldüyü üçün məhz "Mançester Yunayted"i məhkəməyə verməyə hazırlaşır. O, saçlarının "Qırmızı Şeytanlar"a görə töküldüyünü iddia edib.
İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində oktyabrın 24-də "Old Trafford"da baş tutan "Mançester Yunayted" - "Liverpul" qarşılaşması qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Səbuhi Həsənov