"Napoli"nin baş məşqçisi Luçano Spalletti "Fiorentina" ilə oyundan sonra xoşagəlməz halla üzləşib.
Qaynarinfo xəbər verir ki, Spaletti ehtiyat oyunçular skamyasını tərk edərək azarkeşlə mübahisə aparıb. 63 yaşlı məşqçi ilə pərəstişkarları arasında davanı sakitləşdirmək üçün araya asayiş keşikçiləri girməli olub.
Davanın düşməsin səbəb "Napoli" azarkeşlərinin hesabın heç-heçə bitməsi ilə razılşamaması olub. Nəticədə azarkeşlərdən biri Spalettini söyməklə yanaşı, təcrübəli çalışdırıcıya sillə də vurub. Bundan əlavə oyundan sonra "Napoli"nin azarkeşləri Spalettiyə tərəf su şüşəsi də atıblar.
Hadisə ilə bağlı DAZN-a danışan mütəxəssis "Fiorentina azarkeşlərinin hədsiz kobudluğundan danışa bilərikmi? Orada başdan sona qədər məni narahat edən bəzi azarkeşlər var idi. Yanlarında oturan uşaqları var və onların dediklərini indi də təkrarlaya bilmirəm. Həqiqətən inanılmazdır, anamı təhqir edirdilər. Anamın 90 yaşı var, onu rahat buraxın! Bu insanlar peşəkar trollardır" - sözlərini işlədib.
Səbuhi Həsənov