Xəbər lenti

Azarkeşlər "Yuventus"a keçdiyi üçün oyunçunu belə təhqir etdilər - FOTOLAR
İdman11:20 25.07.2016

Azarkeşlər "Yuventus"a keçdiyi üçün oyunçunu belə təhqir etdilər - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Argentina millisinin hücumçusu Qonsalo İquaynın İtaliyanın "Napoli" klubundan "Yuventus"a transferi neapollu azarkeşləri özündən çıxarıb.

Qaynarinfo.Az xəbər verir ki, "Neapol" azarkeşləri İquaynın 90 milyon avro qarşılığında A Seriyasında əsas rəqibləri olan "Yuventus"a keçməsini həzm edə bilməyiblər.

Belə ki, azarkeşlər onun "Napoli"də geydiyi formanı zibil qutusuna və tualetə atıblar, bəziləri bu formanı yandırıblar. Bəzi azarkeşlər isə daha dərinə gedərək Qonsalo İquaynın şəklini zibil maşınından asıblar.

Qaynarinfo.Az