
Jurnalist Azər Qərib "Atles Qroup" şirkətini mərhkəməyə verir. "Qaynarinfo" xəbər verir ki, o, bu barədə "Facebook" hesabında yazıb.
Azər Qərib şirkətdən bir milyon manat təzminat tələb edəcək:
"Altes" bütün danışıqlarımızı puç etdi və mən qərara gəldim ki, məhkəməyə müraciət edim. Yalnız özüm üçün deyil, yalnız qonşularım üçün deyil, tikinti şirkətləri tərəfindən aldadılan bütün vətəndaşların maraqları naminə belə qənaətə gəlmişəm. Bu səbəbdən, gənc, iddialı, siyasət qorxusu olan proseslərdə iştirak etməyən vəkil axtarıram ki, "Altes” şirkətinə qarşı mənəvi kompensasiya tələbi irəli sürüm. Qonşularım qoşulsalar da, sağ olsunlar, qoşulmasalar da, fərq etməz, fərdi qaydada hərəkət edəcəm, faktlar çoxdur. Bir milyon civarında məbləğ düşünürəm, nə qədər udsam, xeyriyyə işlərinə, xəstə uşaqlara, qaçqın ailələrinə xərclənəcək. Həmin prosesin informasiya dəstəyini öz üzərimə götürürəm, sözümü deyəcəm, bunlar centlmenlik nə olduğunu bilmirlər, yalan danışmaqla və insanları aldatmaqla, yəni haram yolla para qazanırlar. Yeri gəlmişkən, "Altes" yalnız tikinti ilə deyil, dərman alveri ilə də məşğuldur".
Qeyd edək ki, "Altes Group"un Şəhriyar küçəsi 21 ünvanında yerləşən binasında sakinlərin razılığı olmadan 17-ci mərtəbədə, binanın damında tikinti işləri aparılıb. Bundan əlavə, sakinlər illərdir, "kupça" ala bilmədiklərindən şikayət edirdilər. Azər Qərib də şikayətçilər arasında idi.
Aydın
Qaynarinfo.Az