Xəbər lenti

Azər Salahlı "Neftçi" ilə müqavilə imzaladı
İdman07:39 28.12.2021

Azər Salahlı "Neftçi" ilə müqavilə imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Keşlə"nin və millimizin müdafiəçisi Azər Salahlı "Neftçi"yə transfer olunub.
 
Qaynarinfonun əldə etdiyi məlumata görə tərəflər arasında münasibətlər dünən rəsmiyyət qazanıb və müqavilə imzalanıb. Futbolçu mövsümün qış fasiləsindən sonrakı hissəsində "Neftçi"nin formasını geyinəcək.
Paytaxt klubunun transferi bugün açıqlayacağı gözlənilir. 
"Neftçi" təlim-məşq toplanışına yanvarın 5-dən etibarən start verəcək. Hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda baş tutacaq. Toplanışın ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. "Ağ-qaralar” yanvarın 14-də Macarıstanın "Kişvarda”, 19-da Polşanın "Visla” (Plotsk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-ə də oyun planlaşdırılıb, ancaq hələ ki, rəqib müəyyənləşməyib.
Səbuhi Həsənov