Xəbər lenti

"Azəravtoyol"un texnikası Xırdalanı işıqsız qoydu
Ölkə13:48 28.11.2017

"Azəravtoyol"un texnikası Xırdalanı işıqsız qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında Xırdalan şəhərinin Quşçuluq massivi ərazisində yol inşaatını həyata keçirən Azəravtoyol ASC-nin traktoru yeraltı elektrik xəttini zədələyib.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, "Saray 2” adlanan xəttin zədələnməsi nəticəsində adıçəkilən massivə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Məlumatda deyilir ki, bir neçə saat işıqsız qalan massivə günorta saatlarında elektrik enerjisinin verilişini təmin etmək mümkün olub.