Xəbər lenti

Azərbayca Premyer Liqası: "Qəbələ"dən 3, "Sabah"dan 1 qol
İdman19:21 12.08.2018

Azərbayca Premyer Liqası: "Qəbələ"dən 3, "Sabah"dan 1 qol

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Topaz Premyer Liqada birinci turun daha iki oyunu keçirilib.
Qynarinfo xəbər verir ki, "Qəbələ" doğma meydanda "Səbail"i qəbul edib. "Qırmızı-qaralar" darmadağına sevinib - 3:0.
Turun digər görüşündə Topaz Premyer Liqanın debütantı "Sabah" "Keşlə"nin qonağı olub. Debütant debüt matçında minimal hesablı qələbə qazanıb - 1:0.
Qeyd edək ki, avqustun 10-u nəzərdə tutulan "Qarabağ" - "Zirə" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb. Turun ilk oyununda isə "Neftçi" "Sumqayıt"a qalib gəlib - 2:0. 
12 avqust
Qəbələ - Səbail 3:0
Qol: Asif Məmmədov, 21. Ürfan Abbasov, 63. Ceyms Aseniyi, 81.
Keşlə - Sabah 0:1
Qol: Marko Deviç, 45+2-pen.