Bu gün "Bakı-2015" I Avropa Oyunlarında taekvondo yarışları başa çatıb. Qaynar.info xəbər verir ki, yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirib.
Azərbaycan millisi hər 2 çəki dərəcəsində təmsil olunub. Radik İsayev qızıl medala sahib çıхıb. Mariya Tedeyeva ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıb.
Beləliklə taekvondo yığmamız Avropa Oyunlarını 5 medalla başa vurub. Radikdən əvvəl Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanmışdı.
Qaynar.info