Xəbər lenti

Azərbaycan 34-cü medalı qazandı - "Bakı-2015"
Ölkə07:47 21.06.2015

Azərbaycan 34-cü medalı qazandı - "Bakı-2015"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı-2015" I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlar başa çatıb. Qaynar.info хəbər verir ki, 4 növdə mükafatçılar müəyyənləşib. 
Qadınlar və kişilərin fərdi çıxışlarında final mərhələsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb.
Kişilərin yarışında çıxış edən İlya Qrişunin batut yarışlarında bürünc medal qazanıb. 58.765 toplayan idmançımız Azərbaycanın 34-cü medalını rəsmiləşdirib. O, yalnız rusiyalı Dmitri Uşakov (60,050), belaruslu Vladislav Hançarovdan (59,380) geri qalıb.
Qadınların batut yarışında Azərbaycanı təmsil edən Svetlana Makştarova 52,595 xalla 5-ci olub. Bu yarışda mükafatları rusiyalı Yana Pavlova (54,335), böyük britaniyalı Katerin Driskol (53,910) və belaruslu Anna Harçonak (53,565) qazanıb.
Qaynar.info