
Mayın 25-dən iyunun 5-dək Sloveniyada təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-21) hazırlıq prosesi dövründə 3 yoxlama oyununda gücünü sınayacaq.
Qaynarinfo.az xəbər verir ki, Yaşar Vahabzadənin yetirmələri mayın 28-də və 31-də Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Sloveniyada sonuncu oyununu iyunun 3-də keçirəcək U-21 Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq. Hər 3 oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Sloveniya hazırkı Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda II, Azərbaycan 7-ci qrupda IV, Bosniya və Herseqovina isə 9-cu qrupda sonuncudur.
Qaynarinfo.az