Xəbər lenti

Azərbaycan Avropa çempionatında daha bir medal qazandı
İdman13:21 01.05.2022

Azərbaycan Avropa çempionatında daha bir medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Qaynarinfo xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə macarıstanlı Kristian Totu məğlub edib. O, rəqibini qızıl xal bölümündə cərimə xalları hesabına yenməyi bacarıb.
Bu, Azərbaycan yığmasının Avropa çempionatında 3-cü mesalı olub. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.