Xəbər lenti

Azərbaycan Avropa çempionatının ilk günündə 2 medal qazandı
İdman01:28 22.04.2026

Azərbaycan Avropa çempionatının ilk günündə 2 medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının ilk gününü 2 bürünc medalla başa vurublar.
Qaynarinfo xəbər verir ki, son olaraq İslam Abbasov (87 kiloqram) üçüncü yer uğrunda qarşılaşmada rəqibinə qalib gəlib.
Daha əvvəl Rəşad Məmmədov (55 kiloqram) bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.