Xəbər lenti

Azərbaycan Avropa İttifaqı və Dünya Bankı ilə saziş imzalayacaq
Ekonomiks12:16 14.02.2022

Azərbaycan Avropa İttifaqı və Dünya Bankı ilə saziş imzalayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı (Aİ) və Dünya Bankı Azərbaycana qrant ayrılması üçün müqavilə imzalayacaq.
Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, 5,25 milyon ABŞ dolları həcmində olan vəsait "Azərbaycan texniki yardim aləti" adlı layihə çərçivəsində ayrılacaq.
Vəsaitin Aİ tərəfindən ayrılacağı, layihənin isə Dünya Bankı tərəfindən icra ediləcəyi deyilir.
Layihə 3 il müddətində Aİ-nin Azərbaycan üçün müəyyən etdiyi 4 strateji istiqamət və 9 fəaliyyət sahəsi üzrə icra ediləcək.