Xəbər lenti

Azərbaycan Avropa Poçt Müsabiqəsində 3-cü yeri tutub
Ekonomiks 15:50 23.10.2024

Azərbaycan Avropa Poçt Müsabiqəsində 3-cü yeri tutub

"Avropa 2024” poçt markaları müsabiqəsində ölkəmizi təmsil edən "Azərpoçt” MMC-nin təqdim etdiyi "Mavi balina” markası 3-cü yeri tutub.

Hər il keçirilən Avropa Poçt Müsabiqəsinin builki mövzusu "Sualtı flora və fauna” olub. Məqsəd dünyanın diqqətini nəsli kəsilməkdə olan, eləcə də qlobal iqlim dəyişikliklərindən və ekoloji böhrandan əziyyət çəkən sualtı canlılara çəkmək idi.

Müsabiqədə 3-cü ildir ki iştirak edən "Azərpoçt” nəsli kəsilməkdə olan sualtı canlılardan biri olan mavi balinanı seçərək qlobal ekosistemə həssaslığını nümayiş etdirib. Həmçinin mavi balinanın zərif gözəlliyini rəssamın özünəməxsus baxışı ilə yeni təqdimatda göstərməyi bacarıb.
Azərbaycanın müsabiqəyə təqdim etdiyi markanın üzərindəki təsvir rəssam Orxan Qarayevə məxsusdur.

Marka Belçikada yerləşən, yüksək standartlarla işləyən "bpost” çap mətbəəsində çap olunub.

"Mavi balina” markasının ərsəyə gəlməsinə dair videomaterialı buradan izləmək olar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->