"Bakı-2015" I Avropa Oyunları davam edir. Qaynar.info хəbər verir ki, artıq 24 dəst medal sahibini tapıb.
Azərbaycan yığması "Bakı-2015"in lideridi. Yığmamızan aktvində ümumilikdə 13 medal var - 6 qızıl, 2 gümüş, 5 bürünc. 5 qızıl və 2 gümüş medal qazanan Rusiya ikincidi. Türkiyə 4 qızıl, 2 gümüş və 6 bürünc medalla üçüncü sıranı tutur.
Qeyd edək ki, yığmamızın heyətində Firdovsi Fərzəliyev (karate, 60 kq), Rafael Ağayev (karate, 75 kq), Ayxan Mamayev (karate, 84 kq), İrina Zaretska (karate, 68 kq), Rəsul Çunayev (yunan-Roma güləşi, 71 kq) və Elvin Mürsəliyev (yunan-Roma, 75 kq) qızıl, Rafiq Hüseynov (yunan-Roma güləşi, 80 kq) və Sabah Şəriəti (yunan-Roma, 130 kq) gümüş, Niyazi Əliyev (karate, 67 kq), İlahə Qasımova (karate, 55 kq), Elman Muxtarov (yunan-Roma güləşi, 59 kq), Həsən Əliyev (yunan-Roma, 66 kq) və Rostislav Pevtsov (triatlon) bürünc medal qazanıb.
№ | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | Azərbaycan | 6 | 2 | 5 | 13 |
2 | Rusiya | 5 | 0 | 2 | 7 |
3 | Türkiyə | 4 | 2 | 6 | 12 |
4 | İsveçrə | 3 | 2 | 1 | 6 |
5 | Fransa | 2 | 2 | 3 | 7 |
6 | İspaniya | 2 | 0 | 0 | 2 |
7 | Xorvatiya | 1 | 1 | 2 | 4 |
8 | Böyük Brtaniya | 1 | 0 | 0 | 1 |
9 | İtaliya | 0 | 3 | 0 | 3 |
10 | Ukrayna | 0 | 2 | 1 | 3 |
11 | Avstriya | 0 | 2 | 0 | 2 |
12 | Belarus | 0 | 1 | 2 | 3 |
12 | Almaniya | 0 | 1 | 2 | 3 |
14 | Ermənistan | 0 | 1 | 0 | 1 |
14 | Yunanıstan | 0 | 1 | 0 | 1 |
14 | Macarıstan | 0 | 1 | 0 | 1 |
14 | Hollandiya | 0 | 1 | 0 | 1 |
14 | Portuqaliya | 0 | 1 | 0 | 1 |
14 | Serbiya | 0 | 1 | 2 | 2 |
20 | Makedoniya | 0 | 0 | 1 |