Xəbər lenti

Azərbaycan Avropanın ən zəif komandalarından biri ilə bacarmadı
İdman17:50 26.05.2016

Azərbaycan Avropanın ən zəif komandalarından biri ilə bacarmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan millisi Avstriya təlim-məşq toplanışı çərçivəsində ilk hazırlıq oyununu keçirib.

Qaynarinfo.az xəbər verir ki, az öncə başa çatan oyunda yığmamız Avropanın ən zəif komandalarından olan Andorranı məğlub edə bilməyib - 0:0. 

Maraqlıdır ki, oyunu idarə edən avstriyalı hakim Harald Lexner ötən il digər "cırtdan milli" olan Malta ilə görüşümüzdə referi olmuşdu. Məhz həmin görüşdə yığmamızdan qələbə gözlənildiyi halda, heç-heçə (2:2) qeydə alınmışdı.

Qeyd edək ki, yığmamız mayın 29-da Makedoniya millisi ilə görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qaynarinfo.az