Xəbər lenti

Azərbaycan bankları 11 ayda
Ekonomiks 08:58 28.12.2024

Azərbaycan bankları 11 ayda "Bloomberg"də 94 milyard manatlıq əqd bağladı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan bankları "Bloomberg" platformasında milli valyutada 94,4 milyard manatlıq 3 365 əqd bağlayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Bəyanata əsasən, əməmliyyatların 9 7%-nin müddəti 1-3 günlük olub.

Bu dövrdə banklararası REPO bazarında 10,3 milyard manatlıq 630 əqd bağlanılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə "Bloomberg" platformasında aparılan əməliyyatların dəyəri 3,4 dəfə, banklararası REPO bazarındakı aparılan əməliyyatların dəyəri isə 2,3 dəfə artıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->