Azərbaycan bazarında Çin avtomobilləri bahalaşır (VİDEO)
Azərbaycan bazarında Çin avtomobilləri bahalaşır.
Buna səbəb daşınma qiymətlərində son bir neçə həftədə 2 dəfəyə yaxın artım səbəb olur.
Əvvəl 1500 dollara gətirilən avtomobillər üçün hazırda şirkətlər 2700-2900 dollar arası xidməthaqqı tələb edir.
Çindən avtomobil idxal edərək satışını həyata keçirən şirkətlərdən birinin rəhbəri İlqar Əliyev "Xəzər Xəbər"ə bildirib ki, ilin sonuna doğru artan tələb fonunda daşıyıcı şirkətlər qiymətləri süni şəkildə artırıb.
Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev isə hesab edir ki, qlobal konteyner daşımalarındakı qiymət artımı, limanlardakı sıxlıq və Çində logistika xərclərinin yüksəlməsi də prosesə təsir edən amillərdəndir.
Ekspertlər bildirirlər ki, bu vəziyyət avtomobillərin qiymətinə də təsirsiz ötüşməyəcək. Həmin avtomobillər güzəşt müddəti bitənə qədər gətirilib satılsa belə, logistik xərcdəki artım satış qiymətinə əlavə ediləcək. Mütəxəssislər hesab edirlər ki, növbəti ilin əvvəlindən qiymətlərin sabitləşməsi baş verə bilər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər