Xəbər lenti

Azərbaycan bazarını ucuz “Jiquli”lərlə dolduracaqlar
Ölkə12:09 21.07.2015

Azərbaycan bazarını ucuz “Jiquli”lərlə dolduracaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Rusiyanın “Lada” markalı avtomobillərinin əsas idxalçılarından birinə çevriləcək. 
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “AvtoVAZ” şirkətinin prezidenti Bu Andersson bəyan edib.
Bu Anderssonun sözlərinə görə, “Lada” avtomobilləri yeni standartlara keçəndən sonra Rusiya bazarı ilə yanaşı daha 15-20 ölkəyə satılacaq.
“İyulun 1-dən etibarən bizim avtomobillər Avropa standartlarının bütün tələblərinə cavab verir. Şirkətimiz 2015-ci ildə 70 min avtomobil ixracına dair müqavilələr imzalayıb. İdxalatçı ölkələrin ilk “beşliyi”nə Qazaxıstan, Azərbaycan, Misir, Ukrayna və Almaniya daxildir” - deyə B.Andersson bildirib.
2015-ci ilin birinci yarısında Azərbaycan 17640 ədəd “Lada” idxal edib. 2014-cü ilin müvafiq dövründə isə 34359 avtomobil gətirilmişdi.
Bu ilin birinci yarısında idxal edilən nəqliyyat vasitələrinin 15745-i avtomobillər olub.
Qaynar.info