
Britaniyanın İpsviç şəhərindən olan Qari Teylor işini itirəndən və uzun müddətdir münasibətdə olduğu rəfiqəsindən ayrılandan sonra problemlərini velosipedlə dünya turuna çıxmaqla unutmaq istəyib. Ancaq səyahətini Azərbaycana qədər davam etdirə bilib.
Virtualaz.org saytı ipswichstar.co.uk-a istinadən xəbər verir ki, səyahət üçün internetdə ianə toplayan Q.Teylor fevral ayında səfərə çıxıb, 12 ölkədən və iki dənizdən keçib.
Ancaq ingilis səyyah səyahəti zamanı yol boyu bir sıra problemlər də yaşayıb. İstanbulda üç dəfə avtomobillə toqquşub. Püstə yeyəndə dişini sındırıb. Türkiyədən Qara dənizin sahili ilə Gürcüstana keçib, orada alman velosipedçi Volfhanqla rastlaşıb və bir həftə boyu birlikdə səyahət edib.
Gürcüstandan Azərbaycana keçən Teylor beş gün ərzində yarımsəhra ərazilərdə yol gedərək (ehtimal ki, Qazax-Bakı magistralını nəzərdə tutur-red.) Bakıya çatıb. O, Bakıda yaçayan amerikalı ailəsində bir həftədən çox qalıb və Özbəkistana viza almağa, habelə Xəzərin o tayına keçmək üçün gəmi-bərə axtarmağa başlayıb.
Lakin Azərbaycanın Dövlət Miqrasiya Xidmətində vaxtında qeydiyyatdan keçmədiyinə görə Teyloru deportasiya ediblər. Səyyaha ölkəni tərk etmək üçün 72 saat vaxt qoyulub və bir müddət Azərbaycana girişi qadağan edilib.
“Lakin mən onsuz da şübhə edirəm ki, nə vaxtsa bir daha Azərbaycana qayıdaram. Azərbaycan doğrudan da mənim bir fincan çayım olmadı”- səyyah deyib.
Hazırda o, səyahətini Özbəkistandan Tacikistana doğru davam etdirir.
Qaynar.info

