Xəbər lenti

Azərbaycan bütün əsgərlərimizi məhv edə bilər - Erməni kəşfiyyatçı
Ölkə11:05 25.05.2016

Azərbaycan bütün əsgərlərimizi məhv edə bilər - Erməni kəşfiyyatçı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aprel ayının əvvəlində Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilər çox əhəmiyyətlidir.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın ilk kəşfiyyat-diversiya dəstəsini yaradan Vova Vardanov deyib. Onun sözlərinə görə, həmin ərazilər hərbi sahədə taktiki gediş baxımından çox vacibdir: “Əlbəttə, həmin ərazilərdəki hər bir metr çox vacibdir. Bir post strateji əhəmiyyət kəsb etməsə də, bir neçə post taktiki və operativlik cəhətdən mühüm əhəmiyyət kəsb edir.

Artıq qarşı tərəf bizim Talış istiqamətində olan bütün hərbi obyektlərimizi görür. Azərbaycanlılar taktiki cəhətədən bizim bütün əsgərimizi eyni vaxtda məhv edə bilər”.

Qaynarinfo.az