İdman 17:06 25.12.2023

Azərbaycan çempionatında futbolçular əlbəyaxa oldular (VİDEO)

Azərbaycan Birinci Liqasının 12-ci turu çərçivəsində keçirilən "Karvan" - "Zaqatala" matçında insident yaşanıb.

Publika.az xəbər verir ki, hadisə oyunun 88-ci dəqiqəsində reallaşıb. Hesabda öndə olduqları zaman qonaqların futbolçusu yerə yıxılıb. Bu da Yevlax təmsilçisinin futbolçularının xoşuna gəlməyib. Nəticədə ona etiraz edərək vaxtı uzatmamasını istəyiblər. Bu zaman ara qarışıb.

"Karvan"ın hücumçusu Ruslan Voronsov çiyni ilə rəqib futbolçuya zərbə endirib. Bundan sonra ara bir azda qarışıb. Nəticədə futbolçuları çətinliklə sakitləşdirmək mümkün olub. Voronsov isə etdiyi hərəkətə görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu, oyundakı ilk insident deyildi. "Zaqatala"nın vurduğu ikinci qoldan sonra tərəflər arasında mübahisə yaşanmışdı. Ancaq oyunu idarə edən Əli Əliyev yalnız qonaqlardan Steyn Essononuya "qırmızı" göstərmişdi.