İdman 16:23 28.11.2022

Azərbaycan çempionatında insident: Futbolçular arasında dava düşdü (FOTOLAR)

Azərbaycan Premyer Liqasının 15-ci turunda baş tutan "Şamaxı" - "Kəpəz" görüşündə insident yaşanıb. 

Qaynarinfo-nun məlumatına görə matçın sonlarına yaxın, daha doğrusu əlavə olunmuş dəqiqələrində futbolçular əlbəyaxa olub. Belə ki, 90+5-ci dəqiqədə "Şamaxı"Nın 16 nömrəli futbolçusu Fuad Bayaramovla "Kəpəz"in "14 nömrə"si Elçin Əlicanovun mübarizəsindən sonra meydan sahiblərinin oyunçusu yerdə qalıb. Bir neçə saniyə sonra Gəncə klubunun gürcü futbolçusu Giorgi Kantariya yerdə qalan futbolçuya yaxınlaşaraq əsəbi şəkildə nəsə deyib. Bu zaman "Şamaxı"nın digər futbolçusu Bahadur Həziyev əsəbi şəkildə Kantariyanın üzərinə yeriyərək komanda yoldaşını müdafiə etməyə çalışıb. Nəticədə futbolçular arasında dava düşüb.

Dava zamanı hər iki komandanın ehtiyat oyunçular skamyasında əyləşən futbolçular və baş məşqçiləri də meydana daxil olub. Bir neçə dəqiqə davam edən insidentdən sonra baş hakim Əliyar Ağayev futbolçulara sarı vərəqə ilə cəzalandırıb.

"Şamaxı" - "Kəpəz" görüşü 1:1 hesabı ilə bitib.
 




Səbuhi Həsənov