Xəbər lenti

Azərbaycan çempionatında iştirak edəcək yeni futbol komandaları - ADLAR
İdman14:01 23.05.2016

Azərbaycan çempionatında iştirak edəcək yeni futbol komandaları - ADLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016/17 mövsümündə Premyer Liqada çıxış edəcək komandaların adları dəqiq bilinməsə də, artıq I dəstədə mübarizə aparacaq klubların adlarına aydınlıq gəlməkdədir.

Qaynarinfo.az-a bu haqda yeni komandalar haqda məlumatlar gəlib çatıb.

Belə ki, bunlardan biri "Sabunçu" komandasıdır. Həvəskarlar liqasında mübarizə aparan Bakıxanov qəsəbəsinin "Sabunçu" komandası artıq özünə ciddi maliyyə mənbəyi tapıb və I dəstədə çıxış edəcəyi dəqiqləşib. Komandanın baş məşqçisi isə Azər Cabbarovdur.

I dəstədə çıxış etməyə çox yaxın olan digər klub isə Sabirabadın "Çağırğan" komandasıdır. Həvəskarlar liqasının çempionu kimi Azərbaycanı 2014-cü ilin oktyabrında təmsil etmiş "Çağırğan" (qrupdakı bütün oyunlarda məğlub olmuşdu - red.) da artıq peşəkar futbola başlamaq niyyətindədir.

Həvəskarlar liqasında məğlubedilməz komanda olan "Ağdaş" da uzun müddətdən sonra bu şəhəri yenidən peşəkar futbolda təmsil etmək istəyir. Bunun üçün "Ağdaş"ın təsisçilərindən olan Rəhman Əliyev hazırda lazımi sənədləri PFL-ə təqdim etməyə hazırlaşır. 

Böyük ehtimalla, bölgələrdə futbolun inkişaf etdirilməsi üçün PFL Ağdaş və Sabirabad komandalarına yaşıl işıq yandıracaq.

Qaynarinfo.az