Xəbər lenti

Azərbaycan çempionatında məşqçilər meydandan qovuldu
İdman08:00 23.09.2018

Azərbaycan çempionatında məşqçilər meydandan qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda "Zirə" və "Neftçi" komandaları arasındakı oyun zamanı insident baş verib.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, 45-ci dəqiqədə baş hakim Rauf Cabbarov meydan sahiblərinin yeni baş məşqçisi Samir Abasovla onun italiyalı rəqib həmkarı Roberto Bordini texniki zonadan kənarlaşdırıb.
Buna iki mütəxəssis arasında baş verən mübahisə səbəb olub.
Baş məşqçilər tribunaya qalxdıqdan sonra barışıblar. Öz aralarında qısa müzakirədən sonra onlar ilk yarının fasiləyədək olan kiçik hissəsini birgə izləyiblər.
Qeyd edək ki, oyun "Neftçi"nin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.