Xəbər lenti

Azərbaycan çempionatında yeni rekord qeydə alındı
İdman12:47 30.03.2025

Azərbaycan çempionatında yeni rekord qeydə alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının XXVIII turu rekordla əlamətdar olub.
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Sumqayıt” - "Sabah" oyununda (3:3) qeydə alınıb.
Bakı klubu mövsümdə 15-ci heç-heçəyə imza atıb.
Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. "Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.
Bunadək rekord hərəyə 14 sülhə imza atan "Neftçi” (2009/2010), "Bakı” (2012/2013) və "Zirə”yə (2020/2021) məxsus idi. Ötən tur bu komandalara çatan "Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.