Xəbər lenti

Azərbaycan çempionatında yumruq davası
İdman11:22 01.03.2016

Azərbaycan çempionatında yumruq davası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan çempionatında iki futbolçu əlbəyaxa olub. 

Qaynar.info xəbər verir ki, hadisə U-17 Liqasının “Neftçi” İK İB - “Vətən” matçında baş verib. 

17-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Azər Əlizadə qonaq komandadan Marat Əzizovla dalaşıb. Baş hakim bir-birilərini vuran oyunçuları birbaşa qırmızı vərəqə ilə meydandan qovub. AFFA Hakimlər Komitəsi isə hər 2 futbolçunu 4 oyunluq cəzalandırıb. 

Qaynar.info