Xəbər lenti

Azərbaycan çempionatının 2 oyununda 11 qol - VİDEO
İdman16:16 25.11.2017

Azərbaycan çempionatının 2 oyununda 11 qol - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Topaz Premyer Liqasında XIII tur start verilib.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.
Günün ilk oyununda "Kəpəz" "Qəbələ"ni qəbul edib. Yunis Hüseynovun debüt oyununda Gəncə təmsilçisi ağır məğlubiyytə üzülüb - 1:6. Baqali Dabo və Famussa Konenin dubl etdiyi oyunda Stiven Monroz və Ruslan Qurbanov hərəyə bir dəfə fərqlənib. "Kəpəz"in təsəlli qoluna isə penaltidən keçmiş baş məşqçi Şahin Diniyevin oğlu Kərim Diniyev imza atıb.
Digər matçda "Neftçi" və "Keşlə" qarşılaşıb. Ardıcıl 6-cı oyunda uduzan Ramiz Məmmədovun başçılıq etdiyi "Keşlə" yenə meydanı məğlubiyyətlə tərk edib - 1:3. "Neftçi"nin qollarına Mirabdulla Abbasov, İqnasio Herrera və Ruslan Abışov imza atıb. "Keşlə"nin heyətində isə Adrian Skarlatake fərqlənib.
Qeyd edək ki, turun qalan iki oyunu sabah keçiriləcək. 
Premyer Liqa
II dövrə, XIII tur
25 noyabr
Kəpəz - Qəbələ 1:6
Qollar: Kərim Diniyev, 56-pen - Baqali Dabo, 1; 54. Stiven Monroz, 14. Famussa Kone, 40; 78. Ruslan Qurbanov, 65.
Gəncə şəhər stadionu.
Neftçi - Keşlə 3:1
Qollar: Mirabdulla Abbasov, 34. İqnasio Herrera, 51. Ruslan Abışov, 89 - Adrian Skarlatake, 69.
"Bakcell Arena".

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

11

9

1

1

19:4

28

2

Qəbələ

13

9

1

3

25:14

28

3

Zirə

12

8

3

1

20:8

27

4

Neftçi

13

5

1

7

17:15

16

5

Sumqayıt

12

5

1

6

14:17

16

6

Səbail

11

4

0

7

9:18

12

7

Keşlə

13

2

2

9

9:21

8

8

Kəpəz

13

2

1

10

10:26

7

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 8. Mahir Mədətov (Qarabağ),   Amil Yunanov (Sumqayıt), Riçard Qadze (Zirə) - 5.

Fanat.Az