Bu gün Topaz Premyer Liqasında XIII turun "Qəbələ" - "Zirə" oyunu yarımçıq dayandırılıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb qatı duman olub.
Matçın baş hakimi Vüqar Həsənli 58-ci dəqiqədə oyunu dayandırıb. Hakimlər 15 dəqiqəlik fasiləni zərurii hesab edib. Ardınca daha 10 dəqiqə fasilə verilib. Amma duman çəkilmədiyindən görüş təxirə salınıb. Qarşılaşma sabah saat 14.00-da qaldığı yerdən davam etdiriləcək.
Qeyd edək ki, turun ilk günündə "Neftçi” "Sabah”ı 2:1, "Sumqayıt” isə "Səbail”i 1:0 hesabı ilə məğlub edib. Sabah baş tutacaq son görüşdə isə "Qarabağ” "Keşlə” ilə üz-üzə gələcək.