Xəbər lenti

Azərbaycan çempionatlarında qaliblər vaxtından əvvəl elan olundu
İdman14:30 08.06.2020

Azərbaycan çempionatlarında qaliblər vaxtından əvvəl elan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və qərarlar qəbul olunub. 
Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019/2020 mövsümü başa çatdırılsın.
Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq "AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunsun.
Yüksək Liqa ilə bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.